27 iyundan bu günədək ABŞ-nin İrana qarşı hərbi hava hücumları nəticəsində 53 nəfər ölüb.
Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr mərkəzinin direktoru Hüseyn Kermanpur “X” sosial şəbəkəsində yazıb.
“Qeyd olunan müddətdə ABŞ-nin İrana hərbi hava hücumları nəticəsində 592 nəfər yaralanıb, 53 nəfər ölüb”, - deyə o bildirib.
Kermanpur əlavə edib ki, ölənlərin 6-sı, yaralıların isə 39 nəfəri qadındır. İndiyə qədər 535 nəfər müalicə olunaraq mənzilə buraxılıb, 36 nəfər müalicə olunur. Eyni zamanda 21 nəfər ambulator müalicə edilib.
Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb.//Trend