Avropa İttifaqı ölkələri Böyük Britaniya müdafiə şirkətlərinə Ukrayna üçün 90 milyard avroluq hərbi maliyyələşdirmə proqramı çərçivəsində silah istehsalı sifarişləri qəbul etməyə imkan verən razılaşmanı təsdiqləyiblər.
Medianews.az xəbər verir ki, bu barədə Aİ Şurasının məlumatında deyilir.
"Aİ ölkələri bu gün Birləşmiş Krallığın Ukraynanın 2026-2027-ci illərdə təcili ehtiyaclarını ödəmək üçün 90 milyard avroluq Avropa maliyyələşdirmə proqramında iştirakı haqqında sazişi təsdiqləyiblər", – sənəddə qeyd olunur.//Teleqraf