Xəbər verdiyimiz kimi Kahramanmaraşda dağıntılar altında həyatını itirən qızının əlini buraxa bilməyən ata Məsut Hançerin fotosu bütün dünyanı ağlatdı.
Zəlzələdə həyatını itirən 15 yaşlı qızı İrmakın əlini buraxa bilməyən Məsut Hançer bildirdi ki, qaçdım. Bir yandan da Allaha yalvarırdım.
Onun sözlərinə görə, zəlzələ baş verən zaman çörək sexində işləyirmiş: “Həmin dəqiqə həyat yoldaşıma zəng etdim, iki qızımın və oğlumun yaxşı olduğunu dedi. Lakin həmin gecə kiçik qızım İrmak nənəsigildə qalmışdı. Qohumlarımız gəlmişdi və onlarla birlikdə qalmaq istəmişdi. Çox dua etdim, lakin təəssüf ki, onu itirdik. Mən şahzadəmi xilas etmək üçün yalın əllərimlə qazmağa çalışdım, lakin son nəticədə onu çıxara bilmədim”.