Medianews.az
"Real Madrid" rəhbərliyi bu futbolçuya
458 baxış

"Real Madrid" rəhbərliyi bu futbolçuya ŞƏRT QOYDU

“Real Madrid” rəhbərliyi Vinisius Juniorun gələcəyi ilə bağlı mövqeyini futbolçunun nümayəndələrinə açıq şəkildə bildirib.

Medianews.az-ın xəbərinə görə, Madrid klubu yeni müqavilə məsələsində şərtlərini dəyişmək niyyətində deyil. Rəhbərlik braziliyalı ulduzun qarşısında iki seçim qoyub: ya daha əvvəl təklif olunan müqaviləni qəbul etmək, ya da 2026-cı ilin yay transfer dövründə satış siyahısına salınmaq.

Xatırladaq ki, Vinisius Juniorun “Real Madrid”lə mövcud sözləşməsi 2027-ci ilin iyun ayının sonunadək qüvvədədir.

Cari mövsümdə braziliyalı hücumçu klub forması ilə 28 oyunda meydana çıxıb, altı dəfə fərqlənib və səkkiz qol ötürməsi ilə yadda qalıb. Futbolçunun hazırkı bazar dəyəri 150 milyon avro olaraq qiymətləndirilir.

Medianews.az

Bizə qoşulun