Medianews.az
Haqqında çıxan xəbərlərdən sonra işdən də qovdular -
140 baxış

Haqqında çıxan xəbərlərdən sonra işdən də qovdular - FOTO

İllərdir "Bez Bebek" serialındakı "Nana" obrazı ilə tanınan və "Evrim Akının Ev Ziyarəti" proqramı ilə ekranlarda olan aparıcı, aktrisa Evrim Akın haqqında yayılan iddialar böyük rezonans yaradıb.

Son günlər aparıcı ilə bağlı ittihamlar proqramın taleyinə də təsir edib.

Kanal D-də bazar günlərinin klassikası sayılan verilişin adının gözlənilmədən "Pazar Turu" olaraq dəyişdirilməsi və yeni afişalarda Evrim Akının yer almaması tamaşaçıların diqqətindən yayınmayıb. "2. Sayfa"nın məlumatına görə, Akın proqramdan uzaqlaşdırılıb və layihə yeni aparıcıya tapşırılıb.

Qeyd edək ki, gənc aktrisa Asena Keskinci rol aldığı serialın baş aktrisası Evrim Akın və atası Güray Keskinci ilə bağlı diqqətçəkən iddialar səsləndirmişdi. Keskinci bildirib ki, valideynləri boşanma prosesində olduğu dövrdə aktrisa ona serial müddətində psixoloji təzyiq göstərirmiş.

Bizə qoşulun