2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində 58 milyard 571,3 milyon manatlıq məhsul və mal satılıb.
Medianews.az Dövlət Statistika Komitəsinə istinadla bildirir ki, pərakəndə ticarət şəbəkəsində xərclənən vəsaitin 50,4 faizi ərzaq məhsullarının, 4,1 faizi içkilər və tütün məmulatlarının payına düşüb.
Başqa bir rəsmi hesabata görə, yanvar-oktyabr aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri 175 ölkədəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 120 ölkəyə ixrac, 170 ölkədən idxal qeydə alınıb.
2024-cü ilin on ayı ilə müqayisədə xarici ticarət dövriyyəsinin və idxalın real ifadədə 7,9 faiz, ixracın 7,8 faiz azaldığı xəbər verilir.
Toğrul Əli,
Medianews.az