UEFA Avropa Liqasının əsas mərhələsinin VI turu çərçivəsində baş tutan “Brann” – “Fənərbağça” qarşılaşması Anderson Taliska üçün yadda qalan olub.
Medianews.az-ın məlumatına əsasən, Norveçdə keçirilən və “Fənərbağça”nın 4:0 hesablı qələbəsi ilə başa çatan oyunda braziliyalı hücumçu het-trikə imza atıb. Bununla da Taliska klub tarixində avrokubokların səfər matçında üç qol vuran ilk futbolçu kimi tarixə düşüb.
31 yaşlı futbolçu cari mövsümdə İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 23 rəsmi qarşılaşmada 11 qol vurub və 2 məhsuldar ötürmə edib.
Medianews.az