Medianews.az
Snoop Dogg ABŞ yığmasının fəxri məşqçisi
89 baxış

Snoop Dogg ABŞ yığmasının fəxri məşqçisi təyin edilib

Amerikalı rep ifaçısı Snoop Dogg 2026-cı il Qış Olimpiya Oyunlarında ABŞ yığmasının fəxri məşqçisi təyin olunub.

Oxu.Az-ın məlumatına görə, bu barədə ABŞ Olimpiya Komitəsinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, fəxri məşqçinin könüllü vəzifəsi amerikalı idmançılara yarışlardan kənar dəstək verməkdir.

Qeyd edək ki, 2026-cı il 25-ci Qış Olimpiya Oyunları fevralın 6-dan 22-dək İtaliyanın Milan və Kortina şəhərlərində keçiriləcək.

Bizə qoşulun