Medianews.az
“Barselona” onunla bağlı
141 baxış

“Barselona” onunla bağlı qərar verdi

İspaniyanın "Barselona" klubu mərkəz müdafiəçisi Erik Qarsiya ilə müqavilənin müddətini rəsmən uzadıb.

Milli.Az-ın məlumatına görə, klubun mətbuat xidməti 24 yaşlı futbolçu ilə yeni anlaşmanın 2031-ci ilin yayına qədər qüvvədə olacağını açıqlayıb.

Akademiyanın yetirməsi olan Erik Qarsiya cari mövsümdə "Barselona"nın heyətində 22 oyunda meydana çıxıb, 1 qol və 1 assistlə yadda qalıb.

Bizə qoşulun