ABŞ-nin mərkəzi bank funksiyalarını yerinə yetirən Federal Ehtiyat Sistemi (FRS) uçot faiz dərəcəsini 0,25 faiz bəndi aşağı salaraq, illik 3,5%-3,75% həddinə endirib.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat ABŞ tənzimləyicisinin saytında dərc olunub.
Bildirilib ki, 2025-ci ilin əvvəlindən bəri faiz dərəcəsi üçüncü dəfə aşağı salınır. Bununla da o 2022-ci ilin noyabrından bəri minimum həddə endirilib.
Xatırladaq ki, FRS oktyabrın 29-da faiz dərəcəsini illik 3,75-4% aralığına endirmişdi.