Ustalar tez-tez söndürülüb-yandırılmasının əlavə yanacağa səbəb olduğunu bildirir.
Milli.Az xəbər verir ki, usta və istilik sistemi üzrə mütəxəssislər bildirirlər ki, kombinin ardıcıl olaraq söndürülüb-yandırılması, əksər hallarda daha çox qaz sərfiyyatı ilə nəticələnir. Ən qənaətcil istifadə üsulu isə cihazın ev şəraitinə uyğun olaraq davamlı şəkildə aşağı və ya orta dərəcədə işləməsidir.
Mütəxəssislərin izahına görə, kombi hər dəfə işə düşdükdə bütün sistemdəki suyu yenidən qızdırmalı olur. Bu mərhələ daha çox enerji tələb etdiyi üçün yanacaq sərfiyyatı artır. Evin tam soyuması isə kombinin növbəti dəfə uzun müddət yüksək gücdə çalışmasına gətirib çıxarır. Tez-tez açılıb-söndürülmə həmçinin cihazın müxtəlif detallarının qısa müddətdə aşınmasına səbəb olur.