Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan Azərbaycandan neft və neft məhsullarının ixracı məsələsinin bu yaxınlarda Qəbələdə baş nazirin müavini Şahin Mustafayevlə müzakirə etdiyini təsdiqləyib.
Medianews.az xəbər verir ki, o bu barədə “Azadlıq” radiosuna danışıb.
“Bəli, müzakirələr aparılıb, əməkdaşlıq üçün imkanlar var”, – Qriqoryan nəşrə deyib.
Bununla belə, Qriqoryan yanacaq idxalının nə qədər olacağını, hansı Ermənistan şirkətlərinin Azərbaycandan neft almaq niyyətində olması və qiymətlə bağlı suallara dəqiq cavab verməyib.
O həmçinin deyib ki, sərhədlərin demarkasiyası prosesi ilə paralel olaraq, baş nazirin müavinləri qarşılıqlı ticarətin müəyyən sahələrini müzakirə ediblər.(Globalinfo.az)