Medianews.az
Gitanas Nauseda: Rusiya və Belarus təlimlərindən narahat olmağa əsas yoxdur
117 baxış

Gitanas Nauseda: Rusiya və Belarus təlimlərindən narahat olmağa əsas yoxdur

“Rusiya və Belarus təlimlərindən narahat olmağa əsas yoxdur”. Medianews.az xəbər verir ki, bunu Litva prezidenti Gitanas Nauseda deyib. O, vətəndaşları Rusiya və Belarus arasında payızda keçiriləcək "Zapad-2025" hərbi təlimlərindən narahat olmamağa çağırıb. Onun sözlərinə görə, təlimlər gözlənilməz bir şey deyil və qoşunların sayı baxımından əhəmiyyətsiz olacaq. "Bu təlimlər Qərblə mümkün, potensial münaqişəyə yönəlib, alqoritm bu ssenariyə əsaslanır", - Litva prezidenti bildirib. Onun sözlərinə görə, Ukraynadakı münaqişə ilə bağlı iddia edilən Zapad hərbi təlimlərinin miqyası 2021-ci ildən bir neçə dəfə kiçik olacaq. Medianews.az

Bizə qoşulun