18.04.2025, 09:24
132 baxış
Lamiyə
Dostların olması bu xəstəliklərin riskini azaldır
Kardioloq Fabio Fernandes dostların sağlamlığa müsbət təsir etdiyini deyib.
Medianews.az xəbər verir ki, Fernandsin qeyd etdiyi kimi, dostluq ürək xəstəliyi riskini və narahatlıq səviyyəsini 50 faiz azaldır.
Mütəxəssis bildirib ki, tənha insanlar depressiyaya və alkoqolizmə meyllidirlər. Bundan başqa, onların qayğısını çəkən olmur.
Həkimin sözlərinə görə, elm adamları sübut ediblər ki, insanın orqanizmində bircə dənə də olsa yaxşı dostun olması stressli vəziyyətlərdə ifraz olunan kortizolun, infarktın və insultların yaranmasında böyük rol oynayan iltihabi zülalların səviyyəsini azaldır.
Bundan əlavə, tənhalıq yaşayan insanların siqaret çəkmə riski artır.
Medianews.az