Medianews.az
Yasamalda partlayışda həlak olan
92 baxış

Yasamalda partlayışda həlak olan Zəhranın FOTOSU

Bakının Yasamal rayonunda yaşayış evində baş vermiş partlayış zamanı həyatını itirən məktəblinin fotosu yayılıb.

Medianews.az xəbər verir ki, faciə qurbanı 2010-cu il təvəllüdlü Zəhra Pərvin qızı İsrafilovadır.

O, 158 nömrəli tam orta məktəbin XI "L" sinif şagirdi olub.

Məlumata görə, hadisə zamanı evdə ana və onun üç övladı olmaqla ümumilikdə dörd nəfər olub. Zəhra partlayış baş verən otaqda olduğundan dağıntılar altında qalaraq həyatını itirib.

Zəhra İsrafilovanın fotosunu təqdim edirik.

YASAM.jpeg (59 KB)

Qeyd edək ki, partlayış ötən gün Yasamal rayonu, Ümid Ələkbərov küçəsində yerləşən ikimərtəbəli yaşayış evinin birinci mərtəbəsində baş verib. Hadisədən sonra yanğın başlayıb. Yanğın nəticəsində ümumi sahəsi 250 kvadratmetr olan evin birinci mərtəbəsində yerləşən iki otağın yanar konstruksiyaları 50 kvadratmetr sahədə yanıb. Hadisə zamanı 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xilasedicilər Zəhra İsrafilovanın meyitini dağıntılar altından çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı araşdırma aparılır.//musavat.com

Bizə qoşulun