Medianews.az
Türkiyənin ən varlı adamları -
116 baxış

Türkiyənin ən varlı adamları - ADLAR+FOTOLAR

Qlobal “Sərvət hesabatı”na görə, son beş ildə Türkiyədə çox varlı adamların sayı 2174 nəfərdən 4208 nəfərə çatıb.

“Sərvət hesabatı”nda çox varlı adam deyəndə sərvəti 30 milyon dollardan çox olanlar nəzərdə tutulur.

Sərvəti 10 milyon dollardan yuxarı olanlar varlı, 10 milyon dollara qədər olanlar isə yüksək imkanlı şəxslər sayılır.

Hesabata əsasən, hazırda Türkiyədə sərvətini dollarla hesabladıqda 35 milyarder, yəni dollar milyarderləri var. Onların ümumi sərvəti təxminən 80 milyard dollar təşkil edir.

Şəkildə: (soldan) Mrad Ülkər, Cəmil Qazançı, Ərman İlıcaq

Hesabatı Medianews.az-a təqdim edən iqtisadçı ekspert İlham Şaban onu da deyib ki, “Forbes” jurnalının son məlumatına görə, Türkiyənin ən varlı adamı Murad Ülkər olaraq qalır. “Yıldız Holdinq” şirkətinin direktorlar şurasının üzvü olan Murad Ülkərin sərvəti 5,2 milyard dollar həcmində qiymətləndirilir.

İkinci yerdə Cəmil Qazançı qərarlaşıb – “Aksa Enerji” şirkətinin rəhbərinin sərvəti 4,9 milyard dollardır.

Üçüncü yerdə Ərman İlıcaq gəlir – “Rönesans Holdinq” şirkətinin təsisçisidir, 3,7 milyard dollar sərvəti var.

Medianews.az

Bizə qoşulun