Medianews.az
Tom Hardi karyerasına
53 baxış

Tom Hardi karyerasına fasilə verdi

Britaniyalı məşhur aktyor Tom Hardi sağlamlıq problemləri səbəbindən karyerasına fasilə verəcəyini açıqlayıb.

Medianews.az xəbər verir ki, aktyor çəkilişlərdə fiziki cəhətdən ciddi yükləndiyini bildirib.

O, artıq dizlərindən iki dəfə əməliyyat olunub, həmçinin onurğaarası disk zədəsi və siyatik sinir iltihabı ilə mübarizə aparır.

Məlumata görə, qərarın digər səbəbi də şəxsi həyata vaxt ayıra bilməməsidir.

Aktyor evlidir və cütlüyün iki övladı var. Bundan əlavə, Hardinin əvvəlki münasibətindən 17 yaşlı oğlu da var. 

Medianews.az

Bizə qoşulun