Kolumbiya Futbol Federasiyası milli komandanın baş məşqçisi Nestor Lorenso ilə müqavilənin müddətini uzadıb.
Medianews.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Yeni müqavilənin müddəti hələlik açıqlanmayıb.
Nestor Lorenso 2022-ci ilin iyun ayından Kolumbiya millisini çalışdırır. Komanda onun rəhbərliyi altında 2026-cı il dünya çempionatının 1/8 finalına yüksəlib və bu mərhələdə İsveçrəyə penaltilər seriyasında uduzub.\\Qol.az