Medianews.az
Həkimlər yuxunu pozan
89 baxış

Həkimlər yuxunu pozan axşam vərdişi

Yatmazdan əvvəl telefon və digər elektron cihazlardan istifadə yuxu problemlərinə səbəb ola bilər.

Medianews.az xəbər verir ki, həkim-terapevt və somnoloq Ceyms Rouli, həmçinin sirkad ritmləri üzrə mütəxəssis Ceymi Zaytser bu barədə açıqlama verib.

Mütəxəssislərin sözlərinə görə, yatmazdan əvvəl sosial şəbəkələrdə vaxt keçirmək və xəbər lentlərini izləmək beyini aktiv saxlayır, stress və narahatlığı artırır. Bundan əlavə, cihazların yaydığı mavi işıq melatonin hormonunun ifrazını azaldaraq yuxu ritmini poza bilər.

Həkimlər bildiriblər ki, axşam saatlarında telefon istifadəsini azaltmaq, zehni və bədəni sakitləşdirmək sağlam və keyfiyyətli yuxuya kömək edir.

Medianews.az

Bizə qoşulun