Medianews.az
Binədə iki avtobus toqquşub, 22 nəfər xəsarət alıb -
118 baxış

Binədə iki avtobus toqquşub, 22 nəfər xəsarət alıb - FOTO+VİDEO

Bakı şəhəri, Xəzər rayonu, Binə Sovxoz ərazisində iki avtobus qəza törədib. 

160 nömrəli xətt üzrə hərəkət edən "İSUZU" markalı avtobusla qəsəbə ərazində "Hyundai" markalı avtobus toqquşub.

Baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 24.07.2026-cı il tarixində saat 08:00 radələrindən etibarən 13 nəfər (7 kişi, 6 qadın) Sabunçu Tibb Mərkəzinə, 9 nəfər (kişi) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Medianews.az xəbər verir ki, Kliniki Tibbi Mərkəzə təxliyə olunan şəxslərə bədənin müxtəlif nahiyələrinin müştərək travmaları diaqnozu təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyətləri stabil qiymətləndirilən pasiyentlərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir.

Sabunçu Tibb Mərkəzində yaralılara başın, bədənin, ətrafların travmaları və sınıqları diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyəti orta ağır qiymətləndirilən 1972-ci il təvəllüdlü pasiyentin (qadın) müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.

Digər 12 nəfərin vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən hər biri ambulator müalicə üçün evə buraxılıb.

View this post on Instagram

A post shared by Oxu.Az (@oxuaz)

Bizə qoşulun