DÇ-2026-nın yarımfinal qarşılaşmasını idarə edən salvadorlu hakim İvan Barton Fransa millisinin sabiq baş məşqçisi Didye Deşamın tənqidlərinə cavab verib.
Medianews.az xəbər verir ki, yarımfinalda Fransa İspaniyaya 0:2 hesabı ilə məğlub olub.
Görüşü idarə edən hakim briqadasının rəhbəri Barton qarşılaşmadan sonra Deşamın tənqidlərinə məruz qalıb.
Deşam mətbuat konfransında baş hakimin dünya çempionatının yarımfinal səviyyəsinə uyğun olub-olmadığını sual altına almışdı.
Barton isə bildirib ki, hər kəsin fikir bildirmək hüququ var və bu tənqidlər onun işinə təsir etmir.
“Hər kəsin istənilən məsələ ilə bağlı öz fikri ola bilər. Bu sözlər mənə heç bir təsir göstərmədi. Biz hakimlər komandası olaraq nələrdən keçdiyimizi, nə üçün mübarizə apardığımızı və niyə burada olduğumuzu bilirik. Heç bir şərh bizi özümüzə şübhə etməyə vadar edə bilməz”, – deyə Barton bildirib.
Qeyd edək ki, Fransa millisi DÇ-2026-nı dördüncü pillədə başa vurub. Turnirdən sonra Didye Deşam baş məşqçi postunu tərk etdiyini açıqlayıb.
Medianews.az