Medianews.az
Trampdan yeni cəza
89 baxış

Trampdan yeni cəza xəbərdarlığı

ABŞ Prezidenti Donald Tramp Yəməndəki husilərin Qırmızı dənizdə iki Səudiyyə Ərəbistanı neft tankerinə hücum etməsindən sonra İranı və husiləri ağır hərbi cəza ilə hədələyib.

Medianews.az Lent.az-a istinadən xəbər verir ki, husilər “Encelia” və “Layla” adlı tankerləri raket və pilotsuz uçuş aparatları ilə vurduqlarını açıqlayıblar. Hücumların bölgədəki müharibəni enerji daşımaları üçün mühüm əhəmiyyət daşıyan ikinci dəniz yoluna qədər genişləndirdiyi bildirilir.

Tramp sosial şəbəkədə yazıb ki, husilər yeni hücum təşkil edərlərsə, ABŞ buna görə İranı məsul tutacaq. Onun sözlərinə görə, belə vəziyyətdə həm İran, həm də husilər “böyük hərbi cəza” ilə üzləşəcəklər.

ABŞ Prezidenti İranın “hələ kifayət qədər ağrı yaşamadığını” deyərək bu ölkəyə qarşı genişmiqyaslı hərbi əməliyyatların yenidən başlanmasını nəzərdən keçirdiyini bildirib.

Husilərin hücumlarından sonra Qırmızı dənizdə yükdaşıma sığortasının qiyməti bəzi şirkətlər üçün iki dəfə artıb. Bir sıra tankerlər Bab əl-Məndəb boğazından keçməmək üçün istiqamətlərini dəyişiblər.

Gərginlik dünya bazarlarına da təsir göstərib. “Brent” markalı neftin qiyməti 6 faizdən çox yüksələrək bir barel üçün 100 dolları keçib. İran isə ABŞ hücumları davam etdiyi müddətdə cavab zərbələrinin də davam edəcəyini açıqlayıb.

Bizə qoşulun