Medianews.az
 Paredes:
73 baxış

Paredes: “İspaniya bizdən güclü idi"

Argentina millisinin yarımmüdafiəçisi Leandro Paredes DÇ-2026 finalından sonra səslənən fikirlərə münasibət bildirib.

Medianews.az xəbər verir ki, Paredes Argentina millisinin İspaniyaya 0:1 hesabı ilə məğlub olduğu final qarşılaşması ilə bağlı danışıb.

Futbolçu bildirib ki, yayılan müxtəlif iddialar əsassızdır və İspaniya qələbəni haqq edib.

“Eşitdiklərimə əsasən insan dəli ola bilər. Dünya çempionatından əvvəl, turnir zamanı və sonra deyilənləri nəzərə alsaq, düşünürəm ki, biz əla mundial keçirdik. Finalda İspaniya Argentinadan daha güclü idi və bu, ədalətli qələbədir”, – deyə Paredes bildirib.

O əlavə edib ki, komanda son səkkiz ildə gördüyü işlərlə fəxr etməli və əldə olunan uğurlardan zövq almalıdır.

Bizə qoşulun