Aparıcı Vüsalə Əlizadə mağazaların birində satılan oyuncaqlarla bağlı paylaşımı ilə diqqət çəkib.
Medianews.az xəbər verir ki, aparıcı təsadüfən uşaq oyuncaqları satılan bölməyə keçdiyini və oradakı bəzi gəlinciklərin görünüşünü bəyənmədiyini bildirib. O qeyd edib ki, bu cür oyuncaqlar uşaqlara uyğun deyil:
"Bu, gəlinciklər niyə satılır? Bunlar necə eybəcərdir... Bu gəlinciyin sırğası belə ola bilməz. Qiymətə hələ baxın. Uşaqlara travmadır. Hamısı da bahadır. Elə bil iflic keçiriblər".