İki dəfə beyin qanaması keçirən tanınmış teatr sənətçisi Ruhsar Gültekinin səhhəti ilə bağlı müalicə aldığı xəstəxanadan açıqlama verilib.
Demokrat.az xəbər verir ki, Acıbadem Universiteti Atakent Xəstəxanasının baş həkimi Prof. Dr. Hamdi Karakayalı bildirib ki, sənətçiyə başqa bir tibb müəssisəsində beyin qanaması və anevrizma diaqnozu qoyulduqdan sonra xəstəxanaya müraciət edib.
Açıqlamaya görə, müayinələr zamanı yeni qanaxma aşkarlanıb. Ruhsar Gültekin əvvəlcə girişimsel radioloq Dos. Dr. Mehmet Barburoğlu tərəfindən müdaxiləyə alınıb, daha sonra Prof. Dr. Kenan Koç və komandası tərəfindən əməliyyat olunub.
Əməliyyat zamanı qanamanın boşaldıldığı və ventrikulyar drenaj tətbiq edildiyi qeyd olunub. Sənətçinin müalicəsinin reanimasiya şöbəsində davam etdiyi bildirilib.
Xəstəxanadan verilən məlumata əsasən, Ruhsar Gültekin iyulun 8-də səhər saatlarında oyadılaraq müayinə edilib. Onun şüurunun açıq və vəziyyətinin stabil olduğu müəyyənləşib. Müalicə prosesi çərçivəsində sənətçinin yenidən yuxuya verildiyi və həkimlər tərəfindən yaxından izlənildiyi açıqlanıb.
Xəstəxana rəhbərliyi sənətçinin vəziyyətinin multidissiplinar tibbi heyət tərəfindən nəzarətdə saxlanıldığını və müalicəsinin stabil davam etdiyini bildirib.
09.07.2026, 07:06
146
baxış
Zara Editor