Müğənni Kərim Abasov televiziya fəaliyyətinə yenidən başlamağı planlaşdırır.
Sənətçi bildirib ki, hazırda telekanallardan biri ilə yeni layihə barədə danışıqlar aparılır. Lakin verilişin formatı və əməkhaqqı məsələsi ilə bağlı hələ yekun razılıq əldə edilməyib.
Kərim Abasov qeyd edib ki, həftə ərzində 5 gün yayımlanacaq proqramda aparıcılıq etmək ciddi zaman tələb edir və bu səbəbdən əməkhaqqı məsələsinə xüsusi önəm verir.
“Əgər həftəiçi 5 gün veriliş aparacağamsa, bu, digər işlərimə təsir edəcək. Vaxtımı və enerjimi bu layihəyə ayıracağam. Həftədə bir dəfə yayımlanan proqram olsaydı, vəziyyət fərqli olardı. Amma layihə 5 günlük olacaqsa, 5 min manatdan yuxarı maaş gözləntim var” – deyə sənətçi bildirib.
Qeyd edək ki, Kərim Abasov daha əvvəl MTV Azərbaycan kanalında yayımlanan “Meqa şou” proqramının aparıcısı olub.
09.07.2026, 06:21
103
baxış
Zara Editor