Medianews.az
Uşaq evindən qaçdı, bir gecədə 6 yeri soydu –
85 baxış

Uşaq evindən qaçdı, bir gecədə 6 yeri soydu – 16 yaşlı şübhəli axtarılır

Türkiyənin Nevşehir şəhərində bir gecədə dörd iş yeri, bir ev və bir məsciddə törədilən oğurluq hadisələrinin şübhəlisi olan 16 yaşlı yeniyetmə polis tərəfindən axtarılır.

Medianews.az xəbər verir ki, onun oğurluq anları təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Məlumata görə, hadisələr son həftələrdə Nevşehir şəhər mərkəzində baş verib. Araşdırmalar zamanı müəyyən olunub ki, 16 yaşlı şübhəli bir gecə ərzində 4 iş yerinə, 1 yaşayış evinə və 1 məscidə daxil olaraq oğurluq edib.

İstintaq zamanı şübhəlinin Kırıkkaledə yerləşən uşaq evindən qaçaraq Nevşehirə gəldiyi müəyyən edilib.

Polisin araşdırmasına əsasən, yeniyetmə şəhər daxilində hərəkət etmək üçün oğurlanmış iki fərqli motosikletdən istifadə edib. O, motosikletləri işini bitirdikdən sonra şəhərin müxtəlif nöqtələrində saxlayaraq Acıgöl rayonuna avtostopla gedib, daha sonra isə başqa nəqliyyat vasitəsi ilə Niğde–Ankara avtomobil yoluna çıxıb.

Bundan sonra şübhəlinin izi itib. Hazırda polis əməkdaşları onun yerinin müəyyən edilərək saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.

Bu arada, şübhəlinin iş yerlərinə daxil olaraq oğurluq etməsi təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb. Kadrlarda onun sakit şəkildə obyektə daxil olduğu, içəridə hərəkət etdiyi və daha sonra hadisə yerini tərk etdiyi görünür.

Medianews.az

Bizə qoşulun