Medianews.az
Türkiyədə yaşayan rus qadının BU GÖRÜNTÜLƏRİ gündəm oldu -
91 baxış

Türkiyədə yaşayan rus qadının BU GÖRÜNTÜLƏRİ gündəm oldu - VİDEO

Türkiyədə yaşayan rus əsilli qadının Qara dəniz bölgəsindən olan həyat yoldaşını evdə qarşılama üsulu sosial şəbəkələrdə böyük maraq doğurub.

Medianews.az xəbər vertir ki, paylaşılan videoda qadının həyat yoldaşı evə daxil olan kimi Qara dəniz musiqisinin sədaları altında coşğulu rəqs etməyə başladığı görünür.

Şən və enerjili qarşılanma cütlüyün səmimi münasibətini əks etdirərək izləyicilərin rəğbətini qazanıb.

Görüntülərdə rus gəlininin Qara dəniz bölgəsinə məxsus ritmlərə uyğun həvəslə rəqs etməsi diqqət çəkir. Onun ərinin ölkəsinin mədəniyyətinə və adət-ənənələrinə bu cür sevgi ilə yanaşması sosial şəbəkə istifadəçiləri tərəfindən müsbət qarşılanıb.

Qısa müddətdə geniş yayılan video minlərlə baxış toplayıb. İzləyicilər paylaşımın ailə səmimiyyətini və fərqli mədəniyyətlərin ahəngini əks etdirdiyini bildirərək cütlüyə çoxsaylı xoş rəylər yazıblar.

Medianews.az

Bizə qoşulun