Qazax rayonunda göldə boğulma faktı qeydə alınıb.
Medianews.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Didvan gölündə qeydə alınıb.
Canallı kənd sakini Rafael Xəlilov və onun qızı göldə batıb. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin (FHN) xilas ediciləri cəlb olunub. Batan şəxsin axtarışlarına başlanılıb.