Medianews.az
PSJ Morqan Qibbs-Uaytı transfer etmək
100 baxış

PSJ Morqan Qibbs-Uaytı transfer etmək niyyətindədir

Fransanın PSJ klubu "Nottinqem Forest"in (İngiltərə) yarımmüdafiəçisi Morqan Qibbs-Uaytı transfer etmək niyyətindədir.

Medianews.az "Report"a istinadən xəbər verir ki, Fransa klubu yay "transfer pəncərəsi"ndə heyətini 26 yaşlı ingiltərəli oyunçu ilə gücləndirməyi planlaşdırır.

2025/2026 mövsümündə Premyer Liqada 15 qol vuran futbolçunun çıxışı klub rəhbərliyinin diqqət mərkəzindədir.

Futbolçu 2022-ci ilin avqustundan "Nottinqem Forest"də çıxış edir. Onun klubla müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.

Qeyd edək ki, yarımmüdafiəçi 2025/2026 mövsümündə keçirdiyi 53 matçda 18 qol vurub və 7 məhsuldar ötürmə müəllifi olub. Onun dəyəri 70 milyon avro qiymətləndirilir.

Bizə qoşulun