İngiltərənin “Lester Siti” futbol klubunun taylandlı sahibi olan Şrivaddhanaprabha ailəsi klubun satışı imkanlarını araşdırmağa başlayıb. Bu məqsədlə ailə ABŞ-ın maliyyə nəhəngi Citigroup ilə əməkdaşlığa başlayıb.
Medianews.az bildirir ki, klubun bazar dəyəri 410–530 milyon funt sterlinq arasında qiymətləndirilir. Satış qərarının əsas səbəbi isə maliyyə çətinlikləridir. Belə ki, “Lester Siti” ötən mövsüm 71,1 milyon funt sterlinq zərər açıqlayıb.
Hazırda danışıqlar ilkin mərhələdədir və klubla Yaxın Şərq də daxil olmaqla xarici investorların maraqlandığı bildirilir.//plat.az