Medianews.az
Ona görə “Dəmir yumruq” hazır vəziyyətdə olmalıdır
116 baxış

Ona görə “Dəmir yumruq” hazır vəziyyətdə olmalıdır

“İrəvandakı Respublika meydanında bir qrup şovinistin Türkiyə bayrağını yandırması bu ölkədə Türkiyə və Azərbaycana qarşı hələ də düşmənçilik hisslərinin qaldığını göstərir”. Siyasi elmlər doktoru, professor Vaqif Abdullayev Medianews.az-a açıqlamasında belə deyib.

O bildirib ki, dövlət bayrağının yandırılması vəhşilikdir: “Təəssüf doğuran odur ki, bu hadisəni bəzi ictimai qüvvələr və siyasi partiyalar da dəstəkləyir. “Daşnaksütyun” Partiyasının, Robert Köçəryanın başçılıq etdiyi Ermənistan blokunun və digər təşkilatların at oynatmasında, Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları irəli sürülməsində Ermənistan hakimiyyətinin də günahı var. Doğrudur, baş nazir Paşinyan bu hadisəni qınadı, bunu açıq-aydın gərginliyə səbəb olan təxribatçı davranış adlandırdı. Ancaq belə hallara yol verməmək üçün hakimiyyət lazımi tədbirlər görə bilərdi.

Azərbaycan 5 aydır ki, Ermənistana ucuz benzin, yanacaq verir, Qazaxıstan, Rusiya və başqa ölkələrdən gələn malların asan və maneəsiz bu ölkəyə keçidini təmin edir. Azərbaycan Ermənistana normal qonşuluq münasibəti qurmaq üçün humanizmin bütün təzahürlərini nümayiş etdirir.

Eləcə də qardaş Türkiyə ermənilərə öz qapılarını açıb, işləməyə gələn minlərlə erməniyə yer verib, hazırda sərhədləri açmaq üçün məsləhətləşmə aparılır.

Bu cür normallaşma mühitində qondarma erməni soyqırımının ildönümünün keçirilməsi, “məşəl yürüşü”nün təşkili, Türkiyə və Azərbaycan əleyhinə şüarlar səsləndirilməsi, Türkiyə bayrağının yandırılması qəbuledilməz və bağışlanmazdır.

Tipik erməni təfəkkürünün nümunəsi olan bu hadisələr göstərir ki, ermənidən dost olmaz, düşmən öz fitnə-fəsadından, hiyləgərliyindən geri çəkiləsi deyil. Ona görə də, "Dəmir yumruq" həmişə hazır vəziyyətdə olmalıdır”.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun