Novruz bayramı qədim ənənələrimizi yaşadan, bərəkət və həyat sevincini simvolizə edən ən önəmli bayramlarımızdandır. Hər evdə hazırlanan Novruz xonçası da bu mənaları özündə əks etdirir.
Medianews.az bildirir ki, xonçada adətən səməni, yaz və həyatın simvolu olaraq qoyulur. Boyanmış yumurtalar həyat və doğum rəmzini, şəkərbura və paxlava isə xoşbəxtlik və şirin həyat arzusunu ifadə edir.
Qoz, fındıq, narıncı və digər çərəzlər sağlamlıq və bolluq simvoludur.
Taxıllar isə qonaqpərvərlik və məhsuldarlığı göstərir. Xonçadakı su qabı təmizliyi və həyatın davamlılığını, qədim simvollar isə tonqal və od mərasimləri ilə əlaqəli adətləri xatırladır.
Beləliklə, Novruz xonçası yalnız gözəl süfrə deyil, həm də yaşayışın, sağlamlığın, bərəkətin və yazın çağırışının rəmzidir. Hər evdə bu xonça, həm bayramın ruhunu yaşadır, həm də gələcək il üçün xoş arzu və nemətləri simvolizə edir.