Medianews.az
Meningit epidemiyası yayılır:
125 baxış

Meningit epidemiyası yayılır: 33 uşaq ölüb

Nigeriyanın şimalındakı Sokoto bölgəsində meningit epidemiyası nəticəsində 33 uşaq həyatını itirib.

Medianews.az xəbər verir ki, Ştatın səhiyyə komissarı Faruk Abubakarın məlumatına görə, təxminən bir ay əvvəl başlayan xəstəlik artıq 8 rayona yayılıb.

Bu müddətdə 256 şübhəli yoluxma qeydə alınıb.

Məlumata əsasən, xəstəlik əsasən 1-15 yaş arası uşaqlar arasında yayılıb. Sıx yaşayış şəraiti və quru küləklər yoluxma riskini artıran əsas amillər kimi göstərilir.

Rəsmi qurum epidemiyanın genişlənməsi fonunda təcili tədbirlərin gücləndirildiyini bildiri. Nigeriya hökuməti isə 2030-cu ilə qədər meningitlə mübarizə və xəstəliyin aradan qaldırılması üçün yeni proqramlar həyata keçirdiyini açıqlayıb.

Qeyd edək ki, meningit hava-damcı yolu ilə yayılan və əsasən beyin və sinir sistemini zədələyən təhlükəli infeksion xəstəlikdir.

Medianews.az

 

 

Bizə qoşulun