Belçika millisinin müdafiəçisi Zeno Debast klubunun qərarı səbəbindən İspaniya ilə keçiriləcək DÇ-2026-nın 1/4 final oyununu qaçıracaq.
Medianews.az xəbər verir ki, Belçika Futbol Assosiasiyası bildirib ki, futbolçunun çıxış etdiyi "Sportinq" klubu onun fiziki durumunun oyun üçün yetərli olmadığını hesab edir. Klubun bu qərarı Belçika millisinin və FİFA-nın tibbi heyətinin rəyləri ilə ziddiyyət təşkil edir. Hazırda Debast federasiyanın fiziki hazırlıq şöbəsinin nəzarəti altında fərdi məşqlər edir.
Qeyd edək ki, "Sportinq"də aldığı ayaq zədəsi səbəbindən iyunun sonuna qədər komanda ilə məşq edə bilməyən Debast, bu dünya çempionatında hələ heç bir matçda meydanda olmayıb.
Medianews.az