Medianews.az
Makron bu qadına görə şillələnib -
184 baxış

Makron bu qadına görə şillələnib - FOTO+VİDEO

Fransa mediası ölkə prezidenti Emmanuel Makronun Vyetnamda təyyarədən düşərkən hər kəsin gözü qarşısında həyat yoldaşı Bricit Makrondan şillə yeməsinin sirrini araşdırmağa başlayıb.

Medianews.az xəbər verir ki, azərbaycanlı jurnalist Heydər Oğuz bununla bağlı sosial mediada maraqlı bir xəbəri paylaşıb.

Onun yazdığına görə, jurnalist Florian Tardifin iddia edir ki, binəva Emmanuel Makronun bir il əvvəl həyat yoldaşı tərəfindən aşağılanması gözlənilməz və təsadüfi deyilmiş:

“Sən demə, Makron iranlı aktrisa Golshifteh (bizim dillə desək, Gülşiftə) Farahaniyə aşiq olubmuş. Və Bricit Makron təyyarədə onları yazışarkən “suç üstündə” yaxalayıb. Beləcə, ərinin ağzının payını verməyə başlayıb. Təyyarənin qapısı anidən açıldığından Emmanuel Makron rəzil-rusvay olub.

Lakin Florian Tardifin əmindir ki, Emmanuellə Gülşiftə arasında ciddi bir əlaqə yoxdur. Onlar sadəcə “platonik” eşqlə bir-birilərini sevirlər. Jurnalist bu barədə qələmə aldığı kitabında yazır: “Parisdə bu barədə davamlı şayiələr gəzirdi, lakin onlar şayiədən başqa bir şey deyildi. Makron 42 yaşlı aktrisaya sadəcə məzmunu çox uzağa gedən mesajlar göndirmişdi, o qədər”.

Bir sözlə, Emmanuel Gülşiftə ilə siftə etməmiş Bricit xanım qaratikan kolu kimi araya girib iki ürəyi birdən yıxıb. Buna bizim məhəllədə "siftəni kor etdi" də deyirdilər”.

Medianews.az

Bizə qoşulun