Medianews.az
Kəmaləddin Heydərov hadisə yerinə gəldi -
189 baxış

Kəmaləddin Heydərov hadisə yerinə gəldi - FOTO+VİDEO

Son günlər yağan intensiv yağışlardan sonra Badamdar yamacında sürüşmə sahəsində yaranmış aktivliklə əlaqədar Badamdar-20-ci Sahə avtomobil yolunda nəqliyyatın hərəkəti dayandırılıb, əraziyə müvafiq qurumların əməkdaşları cəlb olunub.

Medianews.az xəbər verir ki, aprelin 5-i səhər saatlarında fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əraziyə gəlib.

Nazir yaranmış vəziyyətlə yerində tanış olub, məsələ ilə bağlı müvafiq qurumların rəsmiləri və mütəxəssislərlə fikir mübadiləsi aparıb, təklifləri dinləyib və aidiyyəti üzrə tapşırıqlar verib.

Bizə qoşulun