“Politico”nun keçirdiyi sorğuya görə, Avropada ABŞ-yə ən çox skeptik yanaşan ölkə İspaniyadır. İspaniyalıların 51%-i Vaşinqtonu Avropa üçün birbaşa təhlükə hesab edir.
Medianews.az xəbər verir ki, bu göstərici sorğuya qatılan altı ölkə arasında ən yüksəkdir. Əksinə, Polşada cəmi 13% belə düşünür, 24% isə ABŞ-i yaxın müttəfiq sayır.
Sorğu həmçinin göstərib ki, ispaniyalıların 94%-i Avropa İttifaqının daha müstəqil və özünə yetərli olmasını istəyir. Bundan başqa, İtaliya və İspaniyada respondentlərin əhəmiyyətli hissəsi Yaxın Şərqdəki müharibə əleyhinə açıq diplomatik mövqe tələb edir.
Medianews.az