Medianews.az
Çempionlar Liqasında
107 baxış

Çempionlar Liqasında ilk finalçı müəyyənləşdi

UEFA Çempionlar Liqasının yarımfinalında "Arsenal"la "Atletiko Madrid" arasında cavab oyunu bitib.

Medianews.az İdman.Biz-ə istinadən bildirir ki, oyun 1:0 hesabı ilə İngiltərə klubunun xeyrinə qurtarıb. İlk oyun heç-heçə (1:1) başa çatdığından "Arsenal" finala vəsiqə qazanıb. "Arsenal" bu mövsüm Çempionlar Liqasında bir dəfə də olsun məğlub olmayıb - 11 qələbə, üç heç-heçə.

London klubu indiyədək Çempionlar Liqasının finalında cəmi bir dəfə oynayıb. 2005/2006-cı illər mövsümünün finalında londonlular "Barselona"ya 1:2 hesabı ilə məğlub olublar.

"Arsenal"ın finaldakı rəqibi "Bavariya" - PSJ cütlüyünün qalibi olacaq.

Final mayın 30-da Budapeştdəki "Puşkaş Arena"da keçiriləcək.

Bizə qoşulun