Medianews.az
Hər kəsin evində var -
162 baxış

Hər kəsin evində var - Ağcaqanadlara qarşı VASİTƏ

Alimlər sarımsağın ağcaqanadlara qarşı güclü vasitə olduğnu açıqlayıblar.

Medianews.az bildirir ki, bu haqda araşdırma “Cell” jurnalında dərc olunub.

Sarımsağın tərkibindəki bəzi maddələr həşəratları yalnız uzaqlaşdırmır, həm də onların çoxalma qabiliyyətini zəiflədir. Tədqiqat zamanı alimlər müxtəlif meyvə və tərəvəzlərin həşəratlara təsirini yoxlayıblar. Nəticədə məlum olub ki, sarımsaq ağcaqanad və milçəklərin cütləşməsini və yumurta qoymasını demək olar tam dayandırır.

Araşdırmada əsas təsir göstərən maddənin diallildisulfid olduğu müəyyən edilib. Bu maddə ağcaqanadlarda qaçınma reaksiyası yaradır və onların çoxalma davranışını zəiflədir.

Mütəxəssislər hesab edirlər ki, sarımsaq ekstraktı əsasında hazırlanan kremlər və təbii vasitələr gələcəkdə kimyəvi insektisidlərə daha təhlükəsiz alternativ ola bilər.  

Medianews.az

Bizə qoşulun