Medianews.az
FSB Rusiyaya 7 milyard dollarlıq ziyan vuran polkovniki ÖLDÜRDÜ
378 baxış

FSB Rusiyaya 7 milyard dollarlıq ziyan vuran polkovniki ÖLDÜRDÜ

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki İvan Voroniç (Ивана Воронич) Kiyevdə 2 Rusiya Federal Təhlükəzislik Xidmətinin (FSB) 2 əməkdaşı tərəfindən öldürülüb. Qətl səsboğucu tapançadan istifadə etməklə həyata keçirilib. Böyük Britaniyanın “standard.co.uk” saytı yazır ki, Vladimir Putinin əmri ilə İvan Voroniçi öldürmək üçün Kiyevə qadın və kişidən ibarət 2 nəfərlik qrup göndərilib. Onlar İvan Voroniçi bir neçə güllə vurublar. O, aldığı yaralardan hadisə yerindəcə keçinib. O da maraqlıdır ki, qətilərdən biri 34 yaşlı Nərmin Quliyevadır. Böyük ehtimalla demək olar ki, o, azərbaycanlıdır. Kişi qatilin kimliyi isə hələki Ukrayna tərəfinə məlum deyil. Britaniya nəşri bildirir ki, İvan Voroniç Rusiyada həyata keçirilmiş məşhur dron hücumunun planını cızanlardan biridir. Həmin hücum zamanı Rusiyaya 7 milyard dollarlıq ziyan dəymişdi. Sayt bildirir ki, mərhum Voroniç Ukrayna Xüsusi Əməliyyat Mərkəzinin 16-cı İdarəsinin 1-ci bölməsinin böyük əməliyyatçısı idi. Elbəyi Həsənli. Sürix https://www.standard.co.uk/news/world/putin-hit-squad-eliminated-after-coldblooded-daylight-assassination-of-ukrainian-special-ops-chief-b1237897.html

Bizə qoşulun