24.06.2025, 12:40
183 baxış
Azad
ABŞ Nümayəndələr Palatasında “WhatsApp”dan istifadə qadağan edildi
ABŞ Nümayəndələr Palatasının bütün əməkdaşlarına “Meta” şirkətinə məxsus “WhatsApp” messencerindən istifadə qadağan edilib.
Medianews.az bildirir ki, xəbəri “Reuters” agentliyi yayıb.
Qeyd olunur ki, Kibertəhlükəsizlik İdarəsi bu messenceri “istifadəçilər üçün təhdid” adlandırıb, qadağanı “istifadəçi məlumatlarının necə qorunduğuna dair şəffaflığın olmaması, saxlanılan məlumatların şifrələnməməsi və istifadəsi ilə bağlı potensial təhlükəsizlik riskləri” ilə əsaslandırıb.
“WhatsApp” əvəzinə “Microsoft”un “Teams”, “Apple”ın “iMessage” və “FaceTime”, “Amazon”un “Wickr”, eləcə də “Signal” tətbiqlərindən istifadə tövsiyə olunub.
“Meta” şirkəti bu qərarla “ən sərt ifadələrlə” razılaşmadığını bildirərək, “WhatsApp” platformasının digər icazə verilmiş xidmətlərdən daha yüksək təhlükəsizlik səviyyəsi təmin etdiyini bəyan edib.
Medianews.az