Medianews.az
Estrada müğənnilərinə Xalq artisti adı <span style=color:red>niyə verilmir?
227 baxış

Estrada müğənnilərinə Xalq artisti adı niyə verilmir?

Estrada müğənnisi Üzeyir Mehdizadə Xalq artisti fəxri adı almaq istəyini gizlətməyib. Medianews.az bildirir ki, Xalq artisti fəxri adı dövlət başçısının sərəncamı ilə verilir. Sonuncu dəfə Azərbaycanın Xalq artisti adına 2024-cü ilin iyul ayında Özbəkistanın estrada müğənnisi, bəstəkarı və aktyoru Fərrux Zakirov layiq görülüb. Ondan qabaq da Azərbaycanın Xalq artisti adı özbəkistanlı müğənniyə verilib. 2022-ci ilin avqust ayında Prezident İlham Əliyevin sərəncamı ilə Nəsibə Abdullayeva Azərbaycanla Özbəkistan arasında mədəni əlaqələrin inkişafındakı xidmətlərinə görə “Xalq artisti” fəxri adı ilə təltif olunub. Daha əvvəlki dövrdə Xalq artisti adını kino aktyoru, rejissor Tofiq Mirzəyev (2022-ci ilin iyun ayı), teatr aktyoru Fuad Osmanov (2021-ci ilin mart ayı), tarzənlər Elçin Həşimov, Malik Mansurov və kamança ifaçısı Elşən Mansurov (2020-ci ilin dekabr ayı) alıblar. Medianews.az-ın araşdırması göstərir ki, Azərbaycanın estrada ifaçılarına sonuncu dəfə Xalq artisti adı 2019-cu ildə verilib. Həmin il sentyabrın 21-də bu adı üç müğənni alıb: Tünzalə Ağayeva, Mir Yusif və Röya Ayxan. Beləliklə, 6 ilə yaxındır ki, Azərbaycanın estrada ifaçılarından hələ heç kim Xalq artisti adı almayb. Qeyd edək ki, 2024-cü ilin sonlarına olan rəsmi hesabata görə, Azərbaycanda “Xalq” fəxri adına, yəni Xalq yazıçısı, Xalq şairi, Xalq artisti və Xalq rəssamı fəxri adlarına görə 250-dən çox şəxs təqaüd alır. “Xalq” fəxri adı üçün aylıq təqaüdün məbləği 200 manatdır. Toğrul Əli, Medianews.az

Bizə qoşulun