Medianews.az
İlham Əliyev: “Bütün əməliyyatlara özüm rəhbərlik etmişəm”
251 baxış

İlham Əliyev: “Bütün əməliyyatlara özüm rəhbərlik etmişəm”

“Ali Baş Komandan kimi bütün əməliyyatlara özüm rəhbərlik etmişəm və yenə də deyirəm, mənim üçün Prezident kimi bu vəzifədən daha ümdə vəzifə olmayıb heç vaxt. Bütün prezidentlik dövrümü də buna həsr etmişəm ki, biz torpaqlarımızı azad edək, işğalçıları torpağımızdan qovaq, haqq-ədaləti və milli ləyaqətimizi bərpa edək. Buna da nail olduq”. Medianews.az xəbər verir ki, bu sözləri fevralın 19-da Xocalı rayonunun Ballıca kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub, sonra kəndə köçən bir qrup sakinlə görüşən Prezident İlham Əliyev deyib. Dövlət başçısı bildirib ki, torpaqlarımızın işğaldan azad edilməsi mərhələli yollarla təmin olunub: “İkinci Qarabağ müharibəsi və ondan sonra antiterror əməliyyatı ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa edilməsinə gətirib çıxardı, separatçıların kökü kəsildi. Azərbaycan ərazisində separatizmin kökü tam kəsilmişdir və Azərbaycan vətəndaşları öz doğma torpağına qayıda bilirlər. İndi hər yerdə quruculuq, bərpa işləri aparılır”. Prezident İlham Əliyev vurğulayıb ki, torpaqlarımızı işğalçılardan azad etmək bizim milli ideyamız idi: “Bütün Azərbaycan xalqının iradəsi və şəhidlərimizin, qəhrəmanların fədakarlığı, şücaəti hesabına biz buna nail olmuşuq”. Medianews.az xatırladır ki, Ermənistan 1988-ci ildə Azərbaycanın Dağlıq Qarabağ bölgəsini özünə birləşdirmək üçün təcavüzə başlayıb. 1991-ci ildə Dağlıq Qarabağ “müstəqil dövlət” elan olunub, savaş alovlanıb. 1994-cü ildə atəşkəslə dayanan müharibədə Azərbaycanın bütün cənub-qərbi işğal edilib. 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı müharibə və savaş nəticəsində əldə edilən razılaşmalar, sonrakı lokal hərbi əməliyyatlarla Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları tam, Şuşa, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub. 2023-cü il sentyabrın 19-da Azərbaycan Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsinə nəzarət edən işğalçı rejimə qarşı hərbi əməliyyata başlayıb, ertəsi gün rejim silahı yerə qoymaq, tərksilah olmaq öhdəliyi götürüb. Sentyabrın 28-də Qarabağ rejimi özünü buraxıb, bütün təsisatların 2024-cü il yanvarın 1-dək öz fəaliyyətini dayandırması hökmü verilib. [gallery columns="1" size="full" link="file" ids="789259,789258"]

Bizə qoşulun