24.12.2024, 08:39
130 baxış
Lamiyə
Türkiyədə zavodda PARTLAYIŞ: 12 nəfər öldü, yaralı var - YENİLƏNİB
Türkiyədə zavodda partlayış nəticəsində 12 nəfər ölüb, 4 nəfər yaralanıb.
"Report" xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, hadisə ilə bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.
10:59
Türkiyənin Balıkəsir əyalətinin Karesi rayonunda partlayıcı maddə istehsal edən zavodda baş verən partlayış nəticəsində 12 nəfər ölüb, 3 nəfər yaralanıb.
“Report” “Haber Global”a istinadən xəbər verir ki, bu barədə Balıkəsir valisi İsmayıl Ustaoğlu bildirib.
O, təxribat ehtimalının hələ ki olmadığını söyləyib.
Məlumata görə, zavodda silah-sursat - ov və təlim patronları, mülki partlayıcılar, patronlar istehsal olunur.