Medianews.az
Həkimlərə
93 baxış

Həkimlərə bıçaqla hücum etdi

Dağıstanda bir kişi bıçaqla həkimlərə hücum edib.

Medianews.az xəbər verir ki, hadisə aprelin 23-ü axşam saatlarında Mahaçqalada baş verib.

Ziyarətçilərdən biri tibbi personal ilə mübahisə zəminində həkimlərə hücum edərək onlara bıçaqla bir neçə zərbə endirib.

Hadisə nəticəsində cərrah və travmatoloq xəsarət alıb. Cərrah təcili əməliyyat olunaraq reanimasiya şöbəsinə yerləşdirilib, travmatoloqun vəziyyəti isə orta ağır kimi qiymətləndirilir.

Şübhəli hadisədən sonra qaçmağa cəhd göstərsə də, xəstəxana mühafizəçiləri tərəfindən saxlanılıb və polisə təhvil verilib. Onun narkotik maddə qəbul etdiyi təsdiqlənib. Hücum edən şəxs sonradan etiraf edib ki, hadisəni məqsədli şəkildə törədib, çünki həkimlərdən biri vaxtilə anasının əməliyyatından imtina edib.

Faktla bağlı “qəsdən adam öldürməyə cəhd” maddəsi ilə cinayət işi açıb. Hazırda istintaq davam edir.

Medianews.az

Bizə qoşulun