İspaniya millisinin və “Chelsea”nin futbolçusu Marc Cucurellanın uzun saç saxlamasının əsl səbəbi məlum olub.
Medianews.az bildirir ki, bu barədə Elbəyi Həsənli öz sosial hesabında paylaşıb.
Qeyd olunub ki, futbolçu saçlarını autizmli böyük oğluna görə uzadır. Cucurella ümid edir ki, övladı onu unutduğu və ya tanımaqda çətinlik çəkdiyi anlarda atasını uzun saçlarından tanıya biləcək.
Futbolçu bildirib ki, onun üçün ən böyük arzu nə pul, nə də şöhrətdir. O, bütün sərvətindən keçməyə hazır olduğunu, təki oğlunun sağlam böyüməsini istədiyini deyib.
Bu təsirli hekayə sosial şəbəkədə böyük rəğbətlə qarşılanıb.