Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə telefon danışığı aparıb.
Medianews.az xəbər verir ki, bununla bağlı “Anadolu” agentliyi məlumat yayıb.
Bildirilib ki, tərəflər Rusiya-Ukrayna müharibəsindəki son vəziyyəti və Qara dənizin təhlükəsizliyi ilə bağlı məsələləri müzakirə ediblər.