Medianews.az
Fransada meşə yanğını səbəbindən
104 baxış

Fransada meşə yanğını səbəbindən 27 yanğınsöndürən xəsarət alıb

Jironda departamentində (Fransanın cənub-qərbi) baş verən böyük meşə yanğını nəticəsində 27 yanğınsöndürən xəsarət alıb.

Bu barədə Jironda departamentinin prefekti Sofi Broka məlumat verib.

Onun sözlərinə görə, meşə yanğını nəticəsində artıq 53 ev yanıb. Yanğınsöndürənlərin səyləri ilə alovun yaxınlaşdığı 2 000-ə yaxın evi xilas etmək mümkün olub.

Daha əvvəl məlumat verilmişdi ki, Fransada meşə yanğınları səbəbindən, demək olar ki, 50 min hektar torpaq sahəsi yanıb./"Report" 

Bizə qoşulun