Medianews.az
Avstraliya millisinin futbolçusunun qanında
96 baxış

Avstraliya millisinin futbolçusunun qanında narkotik vasitə aşkarlandı

İtaliyanın "Sassuolo" klubunun və Avstraliya yığmasının yarımmüdafiəçisi Kristian Volpatonun kokain testi müsbət çıxıb.

Bu barədə "The Sun" nəşri məlumat yayıb.

Məlumata görə, futbolçu Sidneydə avtomobillə sürət həddini pozduğuna görə iki dəfə polis tərəfindən saxlanılıb. Birinci halda o, bədənində alkoqol olmadığını təsdiqləyən nəfəs yoxlanışından uğurla keçib. Ancaq iki saatdan sonra Volpato yenidən dayandırılıb və bu dəfə onun qanında kokain tapılıb.

Qeyd edək ki, 22 yaşlı futbolçu Avstraliya millisinin heyətində ABŞ, Meksika və Kanadanın ev sahibliyi etdiyi 2026-cı il dünya çempionatında (DÇ-2026) iştirak edib. Yarımmüdafiəçi həmin turnirdə üç oyuna çıxsa da, heç bir məhsuldar nəticə ilə yadda qalmayıb./oxu.az

Bizə qoşulun